14 Oktyabr 2019, 18:04
FUTBOL
İngiltərə Premyer Liqasının IX turunda "Liverpul"la qarşılaşacaq "Mançester Yunayted"in zədəli futbolçuları sıraya dönüb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "qırmızı şeytanlar"ın 3 oyunçusu kollektivə qayıdıb.
Belə ki, müdafiəçilər Luk Şou, Aron van-Bissaka və yarımmüdafiəçi Pol Poqba zədəsini sağaldıb. Hər üç futbolçu, həmçinin hücumçu Antoni Marsyalın həftəsonu keçiriləcək oyunda iştirak ərizəsinə salınması gözlənilir.
Qeyd edək ki, "Mançester Yunayted" - "Liverpul" görüşü oktyabrın 20-də "Old Trafford"da baş tutacaq.