23 Dekabr 2024, 14:59
FUTBOL
Yarımmüdafiəçi Fernando Medeiros “gənclik şəhəri” təmsilçisinə lazım olmayıb.
"Sumqayıt"da ayrılıq baş verib. Matc.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlama bildirilib.
Belə ki, yarımmüdafiəçi Fernando Medeiros “gənclik şəhəri” təmsilçisinə lazım olmayıb. Onunla klub arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
"Sumqayıt" braziliyalı futbolçunu iyul ayında heyətinə qatmışdı. Onun müqaviləsi 2026-cı ilin iyununa qədər nəzərdə tutulsa da, “kimyaçılar” vaxtından əvvəl yolları ayırmağı lazım biliblər.
Medeiros "Sumqayıt"ın heyətində bütün turnirlədə cəmi 7 oyunda meydana çıxıb, 1 qol vurub.