“Qarabağ” qış hazırlıq planını açıqlayıb. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, “köhlən atlılar” 2024/25 mövsümünün ikinci yarısına hazırlığı Bakıda keçirəcəklər.

Misli Premyer Liqasının 18-ci turunun “Araz-Naxçıvan”la dekabrın 22-də baş tutan oyunundan (2:0) sonra istirahətə buraxılan futbolçular 2025-ci ilin yanvarın 3-də bir araya gələcəklər. Ağdam təmsilçisinin hazırlıq prosesi “Azersun Arena”dakı təlim-məşq bazasında baş tutacaq.

Bakıdakı toplanış çərçivəsində iki yoxlama oyunu keçiriləcək. Komanda yanvarın 9-da “Kəpəz”, yanvarın 12-də isə “Zirə” ilə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest