23 Dekabr 2024, 16:08
FUTBOL
Ayxan Abbasovun komandası yanvarın 2-də Bakıda bir araya gələcək.
“Şamaxı”nın mövsümün ikinci yarısına hazırlıq planı açıqlanıb. Matc.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Ayxan Abbasovun komandası yanvarın 2-də Bakıda bir araya gələcək. Hazırlığını paytaxtda keçəcək “Şamaxı” toplanış zamanı 2 yoxlama oyunu keçirməyi planlaşdırıb.
Komanda yanvarın 9-da “Zirə” ilə üz-üzə gələcək. 3 gün sonra - yanvarın 12-də isə “Şamaxı” “Sabah”la yoxlama matçında qüvvəsini sınayacaq.