“Arsenal” klubu heyətlə bağlı ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, London klubunun aparıcı oyunçularından olan Bukayo Saka zədələnib.

Bud nahiyəsindən zədə alan ingilis futbolçunun 4-6 həftə ərzində yaşıl meydanlardan uzaq qalacağı qeyd olunub. Saka “Kristal Pelas” - “Arsenal” görüşündə (1:5) zədələnib.

Qeyd edək ki, Saka cari mövsümdə ümumilikdə 24 oyunda meydana çıxıb və 9 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest