İrlandiyalı qarışıq döyüş növləri ustası Konor Makqreqor ilə ikiqat UFC çempionu Donald Serron arasında ABŞ-ın Las-Veqas şəhərində döyüş keçirilib. Matc.az xəbər verir ki, titulsuz UFC-246 çərçivəsində keçirilən döyüş 40-cı saniyədə Serronun nokautu ilə başa çatıb.
 
Konor indiyədək keçirdiyi 26 döyüşün 22-də qələbə qazanıb. O, sonuncu dəfə rusiyalı Həbib Nurməhəmmədova uduzmuşdu.
 
Amerikalı Serron isə karyerası ərzində keçirdiyi 51 döyüşün 36-da qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest