Macarıstanın paytaxtı Budapeştdə Avropa Karate Federasiyası (EKF) İdarə heyətinin iclası keçirilib. 
 
Matc.az xəbər verir ki, İdarə heyətinin üzvü Yaşar Bəşirov da yığıncaqda iştirak edib.
 
Gündəlikdə duran məsələlər arasında martın ikinci yarısı Bakıda böyüklərin 55-ci Avropa çempionatına hazırlıq işləri də müzakirə olunub. Yaşar Bəşirov nüfuzlu tədbirə hazırlıqla bağlı məlumat verib. 
 
EKF rəsmiləri kütləvi beynəlxalq yarışlar keçirməkdə böyük təcrübəsi olan Azərbaycanın bu tədbiri də uğurla təşkil edəcəyinə inandıqlarını bildiriblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest