UEFA Millətlər Liqasının 2018/2019-cu il mövsümündə və AVRO-2020-nin seçmə mərhələsində futbolçuları əsas milli komandaların heyətinə cəlb olunmuş Azərbaycan klubları üçün 1 milyon 137 min 773,20 avro ayırıb. Matc.az xəbər verir ki, həmin pul vəsaiti AFFA-nın vasitəsilə Premyer Liqa klublarının hesabına köçürülüb:
 
"Qarabağ" – 436 min 696,69 avro
 
"Neftçi" – 210 min 117,58 avro
 
"Səbail" – 172 min 144,67 avro
 
"Sabah" – 88 min 895,90 avro
 
"Qəbələ" – 80 min 514,21 avro
 
"Sumqayıt" – 64 min 651,56 avro
 
"Zirə" – 47 min 870,83 avro
 
"Keşlə" – 36 min 881,76 avro
 
Qeyd edək ki, "Keşlə" üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest