"Arsenal"ın sabiq forvardı Terri Anri "topçular"ın hücumçusu Per Emerik Obameyanqın mümkün gedişi bağlı  danışıb. Matc.az xəbər verir ki, əfsanəvi futbolçu qabonlu oyunçunun ayrılmasını istəmir:
 
"Hər kəs lazım olanı edəcəkdir. Vaxtı ilə mən də klubdan ayrılmışam, kiməsə qalmağı necə deyim? "Arsenal" azarkeşləri Obameyanqın getməsini istəmir. Ancaq bir futbolçu kimi mən bilirəm ki, belə hallarda ailə ilə məsləhətləşib qərar verilir. Onun da karyerası var və ağlında nələr olduğunu bilmirəm. Bildiyim budur ki, Obameyanq ayrılacağı təqdirdə onun qollarından məhrum olacağıq. Açığı, ayrılmasını istəmirəm, ancaq bu onun öz həyatıdır, başa düşməliyik. Bəlkə də özünü başqa bir klubda sınamaq istəyir. Ancaq yenə də ümid edirəm ki, komandada qalacaq"
 
Xatırladaq ki, Obamayanqın "Real", "Barselona" və "Mançester Siti"nin hədəfində olduğu iddia edilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest