Bolqarıstan çempionatının bərpa tarixi bəlli olub. Matc.az xəbər verir ki, bu barədə qərarı Bolqarıstan Futbol İttifaqının (BFİ) ekspert qrupu verib.

Bildirilir ki, çempionat iyunun 5-də bərpa olunacaq və iyulun 11-də yekun vurulacaq.

Komandaların məşqlərə mayın ortalarında başlaması planlaşdırılır. Yeni fors-major halların qeydə alınması halında çempionat dayandırılsa, bərpa olunmadan başa çatdırılacaq.

Qeyd edək ki, Bolqarıstanda futbol yarışları martın 13-də dayandırılıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest