"Barselona" Arturo Vidal üçün heç bir təklif almayıb. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya klubu çilili oyunçu ilə yolları ayırmağı düşünür.

Vidalın gələn mövsümün sonuna qədər komanda ilə müqaviləsi var. Ancaq onun yayda "Barselona"dan ayrılacağı bildirilir. Futbolçu ilə "İnter" maraqlanır. Vidal daha öncə çin klubundan təklif alsa da, o, karyerasını Avropada davam etdirmək istədiyini açıqlayıb.

"Barselona" rəhbərliyi isə hələlik yarımmüdafiəçi üçün heç bir təklif almadığını qeyd edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest