Asmir Beqoviçin "Milan"dakı aqibəti müəyyənləşib. Matc.az xəbər verir ki, 33 yaşlı qolkiper İtaliya klubunda qalmayacaq.

Rəhbərlik Bosniya və Herseqovina millisinin üzvünü saxlamaqda maraqlı deyil. Bu üzdən Beqoviç mövsümün sonunda müqavilə ilə məxsus olduğu "Bornmut"a qayıdacaq. Lakin onun Premyer Liqa təmsilçisində qalıb-qalmayacağı təkliflərdən asılı olacaq.

Qeyd edək ki, Asmir Beqoviç cari mövsümün yarısını icarə əsasında "Qarabağ"da keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest