İspaniya futbolunda daha bir neçə nəfər koronavirusa yoluxub. Matc.az xəbər verir ki, La Liqanın 3 klubunda bu xəstəliyə yoluxma aşkarlanıb.

Əsas çempionatın 3 klubunun hərəsinin 1 futbolçusunun testinin nəticəsi müsbət olsa da, onların adları açıqlanmayıb.

Həmçinin Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun da çıxış etdiyi Sequndada da 2 oyunçuda bu xəstəlik tapılıb. Testləri müsbət nəticələnən futbolçular karantinə alınıblar.

Qeyd edək ki, İspaniyada bütün klublar futbolçuları testdən keçirib. La Liqa təmsilçiləri bu gündən məşqlərə başlayıblar.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest