Koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınan AVRO-2020-nin təqvimi hələ hazır deyil. Matc.az xəbər verir ki,bunu turnirin Rusiya Təşkilat Komitəsinin baş direktoru Aleksey Sorokin deyib.
 
O bildirib ki, hazırda qitə birinciliyinin yalnız start və finiş tarixi bilinir. Sorokin təqvimin hələ razılaşdırılmadığını və əvvəlki cədvəlin nəzərdə tutulduğunu qeyd edib.
 
Qeyd edək ki, AVRO-2020-nin oyunları Avropanın 12 şəhərində keçiriləcək. Bakı Olimpiya Stadionu turnirin qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 matçına ev sahibliyi edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest