"Mançester Siti" yarımmüdafiəçisi Rahim Sterlinqlə müqavilə uzatmaq niyyətindədir. Matc.az "Sky sports"a istinadən xəbər verir ki, artıq tərəflər arasında razılıq əldə olunub.

Məlumata görə, oyunçu ilə klub rəsmilərinin gürüşü cəmi bir saat çəkib. Anlaşmaya əsasən, Sterlinq həftəyə 350 min funt sterlinq qazanacaq. Sözləşmənin neçə illik olduğu barədə məlumat verilməyib.

Qeyd edək ki, Sterlinq cari mövsümdə  Premyer Liqada 24 oyunda 11 qol  vurub.         

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest