11 May 2020, 12:15
FUTBOL
"Neftçi" prezidenti çox zəngin və səxavətli adam idi".
Matc.az xəbər verir ki, bu sözləri "Neftçi"nin sabiq baş məşqçisi Hans-Yurgen Gede "Vnexpress" nəşrinə müsahibəsində deyib. Daha sonra 64 yaşlı mütəxəssis klubunun prezidentinin ona mane olduğunu söyləyib:
"O, baş məşqçilik etməyi sevirdi. Sonra kulminasiya nöqtəsi oldu. Mənim əlimə bir hücumçu verdi, hansı ki, olduqca bacarıqsız idi. Prezident dedi ki, Yurgen, ona oynamağa imkan ver".
Qeyd edək ki, 2008-2009-cu illərdə "Neftçi"yə Əkbər Hacıyev prezidentlik edib.