"Mançester Yunayted" hücumçu axtarışlarını davam etdirir. Matc.az xəbər verir ki, "qırmızı şeytanlar" Odion İqalo komandadan ayrılacağı üçün onun yerini doldurmaq niyyətindədir.

Məlumata görə, namizədlərdən biri də PSJ-nin hucumusu Edinson Kavanidir. "Ateltiko"nun da hədəfində olan uruqvaylı forvard Paris klubundan ayrılacaq. Mançester təmsilçisi Kavani ilə Antoni Marsiyalın yaxşı anlaşacağını düşünür.

32 yaşlı forvardın daha öncə Argentinaya keçəcəyi gözlənilirdi. Lakin təcrübəli oyunçu karyerasını Avropada davam etdirmək niyyətindədir. Yayda Fransadan ayrılacaq futbolçu gələcəyi ilə bağlı son qərarını verməyib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest