"Real"ın yarımmüdafiəçisi Xames Rodriges karyerasını Premyer Liqada davam etdriə bilər. Matc.az xəbər verir ki, futbolçunun xidmətində "Nyukasl" maraqlıdır.

Məlumata görə, İngiltərə klubu kolumbiyalı futbolçunu yayda heyətinə qatmaq niyyətindədir. Daha öncə Madrid təmsilçisinin baş məşqçisi Zinəddin Zidanın Xamesi gələcək planlarına daxil etmədiyi bildiriilirdi. Bu səbəbdən də "Nyuksal" nümayəndələri futbolçunun agenti ilə danışıqlara başlamaq istəyir.

Rəhbərliyin Rodriges üçün 32 milyon avro ödəməyə hazır olduğu qeyd edilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest