Komanda iki aylıq karantindən sonra hazırlıqlara başlayıb. Oyunçular sırf fərdi qaydada bir neçə məşq sahəsində çalışıblar.

"Real" klub bazasında məşqlərini bərpa etdi. Matc.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

Komanda iki aylıq karantindən sonra hazırlıqlara başlayıb. Oyunçular sırf fərdi qaydada bir neçə məşq sahəsində çalışıblar. Gələn həftə komandanın 6 nəfərdən ibarət kiçik qruplarla məşq keçirməsi planlaşdırılır.

İspaniyada mövsüm martın 12-də koronavirus pandemiyası səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb. La Liqanın rəhbəri Xavyer Tebas çempionatın iyunun 12-də bərpa oluna biləcəyini açıqlayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest