"Milan"ın futbolçusu Zlatan İbrahimoviç İtaliyaya qayıdıb. 
 
Matc.az xəbər verir ki, 38 yaşlı hücumçu İtaliya A Seriyasının koronavirus pandemiyası ilə əlaqədar dayandırılmasından sonra vətəni İsveçə qayıtmışdı.
 
İbrahimoviç bu müddət ərzində "Hammarbü" klubunun düşərgəsində məşq edirdi. Lakin İtaliyada klubların məşqlərə başlamasına icazə verilməsi ilə əlaqədar, Zlatan da "Milan"ın düşərgəsinə qayıtmalı olub. Lakin o, hələlik iki həftəlik karantində qalacaq. Təcrübəli hücumçu yalnız bundan sonra komanda ilə məşqlərə qatıla biləcək.
 
İbrahimoviç bu mövsüm "Milan"da 10 oyuna 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest