"Tottenhem"in müdafiəçisi Xuan Voyt karyerasını İspaniyada davam etdirə bilər. Matc.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 22 yaşlı mərkəz müdafiəçisi "Barselona"nın hədəfindədir.

Məlumata görə, Kataloniya təmsilçisi futbolçunun alınmasından israrcıdır. Oyunçunun London klubunun baş məşqçisi Joze Mourinyonun planlarına daxil olmadığı bildirilir.

"Barselona" ilə yanaşı, Voytun Argentina klubları "Boka Xuniors" və "River Pleyt"in də hədəfində olduğu qeyd edilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest