FİFA koronavirus pandemiyası üzündən təxirə salınan turnirlərin yeni tarixlərini müəyyənləşdirib. Matc.az xəbər verir ki, bu barədə qərarı qurumun Şurası məlumat verib.

U-20 qızlar arasında dünya çempionatı 2021-ci il yanvarın 20-dən fevralın 6-dək Kosta-Rika və Panamada təşkil olunacaq. U-17 qızlar arasında Hindistandakı Dç-2020 isə 2021-ci il fevralın 17-dən martın 7-dək baş tutacaq.

Futzal üzrə dünya çempionatı 2021-ci il sentyabrın 12-dən oktyabrın 3-dək Litvada təşkil olunacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest