21 May 2020, 20:47
AVRO-2024
Daha bir ölkə Aç-2020-nin oyunlarını qəbul etməyə hazır olduğunu açıqlayıb.
Matc.az xəbər verir ki, Rumıniya ev sahibliyindən imtina etmək fikrində olmadığını bəyan edib.
Bu barədə yerli federasiyadan TASS-ın sorğusuna cavab olaraq bildirilib. Paytaxt Buxarestin qitə futbol qurumuna dövlət təminatı verdiyi vurğulanıb.
Qeyd edək ki, Avropa çempionatı 12 şəhərdə - Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçirilməlidir.
Azərbaycan da Aç-2020-nin təşkil edəcəyinə dair UEFA-ya dövlət təminatı verib.