29 May 2020, 17:04
FUTBOL
31 may saat 00.00-dan etibarən Azərbaycanda açıq havada keçirilən idman yarışlarının təşkilinə icazə verilib.
Matc.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bu isə o deməkdir ki, ölkədəki futbol çempionatları davam edə bilər.Yarışlarda tamaşaçıların iştirakına isə icazə verilmir.
Xatırladaq ki, koronavirus pandemiyasına görə mart ayından ölkəmizdə futbol yarışları dayandırılıb.