08 Yanvar 2025, 17:52
FUTBOL
“Tottenhem”in baş məşqçisi Ancelos Postekoqlu kapitan Son Xın Minin klubla müqaviləsini yeniləməsinə münasibət bildirib. Matc.az xəbər verir ki, çalışdırıcı buna çox sevindiyini söyləyib.
Postekoqlu bildirib ki, cənubi koreyalı yarımmüdafiəçi karyerasını London klubunda başa vuracaq: “Briliant”ın bu klubda görkəmli karyerası olub. Son 10 ildə klubda böyük rol oynadı, Premyer Liqaya təsir etdi. Sonun “Tottenhem”də qalması əladı. Məqsədimiz onun karyerasını böyük uğurla “Tottenhem”də başa vurmasıdı”.
Qeyd edək ki, Con Xın Min “Tottenhem”lə müqaviləsinin müddətini 2026-cı ilin yayına kimi uzadıb. O, 2015-ci idən Premyer Liqa təmsilçisinin formasını geyinir.