Nigeriya yığma komandasının yeni baş məşqçisinin adı açıqlanıb. Matc.az xəbər verir ki, bu barədə Nigeriya Futbol Federasiyasının mətbuat xidməti tərəfindən məlumat yayılıb.

Bildirilib ki, bu posta Erik Şell təyin olunub. 47 yaşlı mütəxəssisin qarşısına DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanmaq tapşırığı qoyulub.

Qeyd edək ki, Şell bu vəzifədə almaniyalı mütəxəssis Bruno Labbadianı əvəzləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest