"Neftçi"nin futbolçusu Yuri Matias klubun mətbuat xidmətinə açıqlama verib. Matc.az xəbər verir ki, braziliyalı müdafiəçi paytaxt təmsilçisinin hazırlıq prosesini dəyərləndirib.

29 yaşlı müdafiəçi təlim-məşq toplanışının ona və komanda yoldaşlarına yaxşı təsir etdiyini bildirib: "Bildiyiniz kimi, yanvarın 3-dən təlim-məşq toplanışındayıq. Komanda bir araya gəlib. Çox gözəl hazırlıq prosesi keçirik. Komandada əhval-ruhiyyə yaxşıdı. Baş məşqçinin bizdən tələbləri daha çox fiziki cəhətdən lazımi formada olmağımızdı. Ümumi baxanda, futbolçular bir-birinə daha da adaptasiya olur. Bir-birimizlə zarafatlaşırıq. Atmosfer əladı. Əlbəttə ki, burada keçirdiyimiz məşqlər bizə yaxşı təsir edir. Təkcə fiziki cəhətdən yox, mental baxımdan da. Çünki futbolçular daha çox birlikdə vaxt keçirirlər. Bir-birimizi daha yaxından tanımağa başlayırıq. Bu məqamlar bizə oyunlarda kömək olacaq. Hər birimiz əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, müsbət nəticələr qazanaq".

Matias Misli Premyer Liqasının 19-cu turunda "Sabah"la keçirəcəkləri görüş barədə də danışıb: "Qarşıda bizi "Sabah"la oyun gözləyir. Bu matça çox yaxşı hazırlaşırıq. Düşünürəm ki, bu oyuna tam hazır olacağıq. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest