“Yuventus”un futbolçusu Artur Melo İspaniyaya köçə bilər. Matc.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçisi “Atletiko”nun diqqət mərkəzinə düşüb.

Melo cari mövsümdə meydan üzü görməyib. Onun turinlilərlə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdi.

Qeyd edək ki, 28 yaşlı futbolçu karyerası ərzində “Qremio”, “Barselona”, “Liverpul” və “Fiorentina” klublarının da formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest