"Sumqayıt" Futbol Klubunda Müşahidə Şurasının növbəti iclası baş tutub.

Matc.az xəbər verir ki, iclasda komandanın ötən ildə əldə etdiyi uğurlara toxunulub.

Daha sonra isə hal-hazırda müvəqqəti baş məşqçi funksiyasını icra edən Vaqif Cavadovun işi qənaətbəxş hesab olunub və onunla daimi əsaslı müqavilə bağlanılması qərara alınıb.

Cavadov qarşıdakı 2,5 il müddətində "Sumqayıt"ın baş məşqçisi təyin olunub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest