“Mançester Siti” qış transfer dönəmində orta sahəni gücləndirmək istəyir. Matc.az xəbər verir ki, baş məşqçi Pep Qvardiola rəhbərlikdən dayaq yarımmüdafiəçisi mövqeyinə oyunçu tələb edib.

Belə ki, ispaniyalı mütəxəssis diz bağları qopduğu üçün uzunmüddətli sıradan çıxan Rodrinin boşluğunun doldurulmasının vacibliyini vurğulayıb. “Şəhərlilər” “Yuventus”lu Nikolo Rovelya ilə maraqlanır. 23 yaşlı futbolçu hazırda icarə əsasında “Latsio”nun formasını geyinir. “Mançester Siti” transferi yekunlaşdırmaq üçün turinlilərə 40 milyon avro ödəməyə hazırdı.

Qeyd edək ki, Nikolo Rovelya cari mövsüm bütün turnirlərdə 23 oyun keçirib, 2 məhsuldar ötürmə verib

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest