"Fənərbaxça" klubu bu mövsüm futbol üzrə Türkiyə Kubokuna qatılacağını açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin prezidenti Ali Koç keçirdiyi mətbuat konfransında bildirib.

"Türkiyə Kubokunun oyunlarında iştirak edəcəyik Meydana U-19 komandası ilə deyil, baş məşqçimizin uyğun hesab etdiyi heyətlə çıxacağıq. Əgər işlər qaydasında getməzsə, geri çəkilmək hüququmuz var", - deyə o, söyləyib.

Qeyd edək ki, bir müddət əvvəl "Fənərbaxça" Türkiyə Futbol Federasiyasına ölkə kubokunda iştirak etməməklə bağlı məktub ünvanlamışdı.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest