08 Yanvar 2025, 11:11
FUTBOL
Fransa millisinin baş məşqçisi Didye Deşam postundan ayrılacaq. Matc.az xəbər verir ki, bu barədə "L`Equipe" nəşri məlumat yayıb. O, 2026-cı ildə keçiriləcək dünya çempionatından sonra vəzifəsini tərk edəcək. Deşam qərarını tezliklə rəsmi şəkildə açıqlayacaq.
Fransa millisinin baş məşqçisi Didye Deşam postundan ayrılacaq. Matc.az xəbər verir ki, bu barədə "L`Equipe" nəşri məlumat yayıb.
O, 2026-cı ildə keçiriləcək dünya çempionatından sonra vəzifəsini tərk edəcək. Deşam qərarını tezliklə rəsmi şəkildə açıqlayacaq.
Qeyd edək ki, Didye Deşam 2012-ci ilin yayından Fransa millisinin “sükanı arxasındadır”. Onun rəhbərliyi altında fransızlar baş 166 oyunda 106 qələbə qazanıb, 31 dəfə heç-heçə edib, 29 dəfə məğlubiyyətlə üzləşib.