Türkiyə Superliqası oyunlarında əcnəbi VAR hakimləri oyunlara təyinat alacaq.

Matc.az xəbər verir ki, qərar Türkiyə Futbol Federasiyasının (TFF) bu gün baş tutan iclasında qəbul olunub. Bu barədə TFF-nin rəsmi saytı məlumat yayıb.

Mövsümün ikinci yarısında müvəqqəti olaraq oyunlarda əcnəbi VAR hakimləri olacaq. Federasiya türk futbolunun marka dəyərinin qoruması, VAR sisteminin daha səmərəli istifadə olunması və gənc hakimlərin inkişafına təkan vermək üçün belə qərar verib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest