"Yuventus"un və Serbiya millisinin hücumçusu Duşan Vlahoviç klubu ilə müqaviləsi bitən 2026-cı ilin yayına qədər gözləmək və azad agent kimi komandadan ayrılmaq istəyir.

Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Bildirilir ki, hücumçu klubun iqtisadi şərtlərinə görə "Yuventus"la müqaviləsini yeniləmək istəmir və İtaliya klubunu onu transfer bazarına çıxarmağa məcbur edir.

İtaliya klubunun rəhbərliyi artıq potensial olaraq onu əvəz edə biləcək futbolçuların siyahısını hazırlayıb. Bunlar "Mançester Yunayted"in hücumçusu Coşua Zirkzi, PSJ-dən Randal Kolo Muani və "Vest Hem Yunayted"dən Niklas Füllkruqdur.

Qeyd edək ki, bu mövsüm Duşan Vlahovicç bütün yarışlarda 23 oyun keçirib, 12 qol vurub və 2 məhsuldar ötürmə verib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest