Azərbaycan yığmasının futbolçusu Emil Mustafayev komandasını dəyişə bilər. Matc.az xəbər verir ki, hazırda Ukraynanın "Polesya" klubunda çıxış edən həmyerlimiz bir neçə klubdan təklif alıb.

Bu barədə Ukrayna mətbuatında məlumat yayılıb. Bildirilib ki, 22 yaşlı yarımmüdafiəçinin karyerasını Azərbaycanda davam etdirmək variantı da var. Lakin onunla maraqlanan klublarımızın adları açıqlanmayıb.

Xəbərdə qeyd olunub ki, "Çernomorets" də Emili heyətinə qatmaq istəyir. Odessa təmsilçisi həmyerlimizi icarəyə götürmək variantını nəzərdən keçirir. Lakin bunun üçün kluba tətbiq edilən transfer qadağası aradan qaldırılmalıdı.

Qeyd edək ki, Emil keçən ildən əsas yığmamızda oynamağa başlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest