08 Yanvar 2025, 22:26
FUTBOL
Türkiyə millisinin və "Fənərbaxça"nın sabiq futbolçusu Emre Belözoğlu motosiklet qəzası keçirib.
Matc.az xəbər verir ki, hadisədən dərhal sonra 44 yaşlı mütəxəssis xəstəxanaya çatdırılıb.
Həkimlər onun vəziyyətinin yaxşı olduğunu bildiriblər.
Qeyd edək ki, Emre "Fənərbaxça", "Başakşəhər" və "Ankaragücü" klublarının baş məşqçisi olub.