"Sabah"ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində "Keşlə"yə qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:2 hesabıyla məğlub olduqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
 
- Oyun bərabər səviyyədə keçdi. Sadəcə, əks-hücumlar oyunun taleyini həll etdi. Biz yararlana bilmədik, rəqib yaxşı istifadə etdi və qələbə qazandı.
 
- "Sabah" 5 oyuna da fərqli heyətlə çıxıb. Bu, nə ilə bağlıdır?
- Həftə ərzində baş tutan məşqlərin gedişinə baxıram. Fərqli heyətə səbəb zədəlilərin olmasıdır.
 
- Cəbhədə baş verənlərlə bağlı mövqeyiniz nədir?
- Əlbəttə ki, biz idman adamıyıq, bizim və ölkəmizin mövqeyi bəllidir, Azərbaycanı dəstəkləyirik. Müharibə hər zaman can itkisinə səbəb olur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest