06 Oktyabr 2020, 15:37
MPL
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Matc.az xəbər verir ki, bu gün baş tutan iclasda Premyer Liqanın 5-ci turunda baş verənlərlə bağlı qərarlar qəbul edilib.
"Keşlə"nin səfərdə "Sabah"ı 2:0 hesabı ilə məğlub etdiyi matçda 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 800 manat məbləğində cərimələnib.
"Qəbələ"nin 5 oyunçusu "Sumqayıt"la 1:1 heç-heçə etdikləri görüşdə sarı vərəqə ilə cəzalandırılıb, bunun üçün klub 800 manat ziyana düşüb.
"Zirə"nin 4 üzvü "Neftçi"ni 1:0 hesabı ilə yendikləri görüşdə sarı vərəqə alıb, klub bunun üçün 800 manat ödəyəcək. "Zirə" həmin görüşdə stadiona gec gəlib və bunun üçün eyni məbləğdə cərimələnib, klubun ehtiyat qapısı da standartlara uyğun olmayıb və bu səbəbdən 800 manat ödəniləcək.