09 Dekabr 2020, 02:32
ÇEMPİONLAR LİQASI
"Təmsilçimiz "Başakşəhər"in məşqçi heyətindən Pyerr Veboya qarşı sərf edilən irqçi sözləri şiddətlə qınayırıq. UEFA tərəfindən lazımi tədbirlərin görüləcəyinə inanıram. İdmanda və həyatın bütün hissələrində irqçiliyə, ayrı-seçkiliyə qarşıyıq"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan futbol üzrə UEFA çempionlar Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində keçirilən PSJ – "Başakşəhər" oyununda baş verən xoşagəlməz hadisəyə münasibət bildirib.
Matc.az xəbər verir ki, ölkə başçısı qarşılaşmanın Rumıniyadan olan dördüncü hakimi Sebastyan Kolteskunun İstanbul klubunun məşqçisi Pyer Veboya qarşı işlətdiyi irqçi ifadəsindən sonra meydanı tərk edən Türkiyə təmsilçisinə dəstək nümayiş etdirib.
Ərdoğan UEFA-dan məsələ ilə bağlı lazımi addımı atmağı gözlədiyini deyib: "Təmsilçimiz "Başakşəhər"in məşqçi heyətindən Pyerr Veboya qarşı sərf edilən irqçi sözləri şiddətlə qınayırıq. UEFA tərəfindən lazımi tədbirlərin görüləcəyinə inanıram. İdmanda və həyatın bütün hissələrində irqçiliyə, ayrı-seçkiliyə qarşıyıq".
Qeyd edək ki, UEFA ehtiyat hakimin dəyişdirilərək oyunun davam etdiriləcəyini açıqlayıb. Qarşılaşma sabah qaldığı yerdən davam etdiriləcək.