Birinci Divizionun ikinci yarısı üçün hazırlığını davam etdirən "Sumqayıt"ın əvəzediciləri təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirəcək.
 
Matc.az xəbər verir ki, Zaur Hidayətovun yetirmələri "Qaradağ Lökbatan"la üz-üzə gələcək.
 
Yanvarın 19-da "Sumqayıt Arena"nın ehtiyat meydançasında keçiriləcək qarşılaşmaya saat 14:30-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest