Futbol üzrə UEFA çempionlar Liqasının 1/8 final mərhələsinin daha bir matçının məkanı dəyişdirlib.
 
Matc.az xəbər verir ki, bu mərhələnin "Atletiko" ilə "çelsi" arasında keçiriləcək ilk oyunu Madriddə yox, Rumıniyanın Buxarest şəhərində baş tutacaq.
 
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Bu qərarın verilməsinə koronavirus səbəb olub. Belə ki, pandemiya ilə əlaqədar İspaniya və İngiltərə arasında beynəlxalq uçuşlar dayandırılıb.
 
Sözügedən matç fevralın 23-də keçiriləcək.
 
Daha əvvəl bu mərhələnin "Leypsiq" - "Liverpul" və "Borussiya" (Münhenqladbax) – "Mançester Siti" oyunları üçün də oxşar qərar verilib. Bu oyunlar Budapeştdə keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest