17 Fevral 2021, 01:53
ÇEMPİONLAR LİQASI
Bu gün futbol üzrə UEFA çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Ən maraqla gözlənilən oyunlardan biri İspaniyada gerçəkləşib. "Barselona" Fransa çempionu PSJ-ni qəbul edib. Hər iki komanda oyuna ciddi itkilərlə çıxıb. Buna baxmayaraq, qarşılaşma kifayət qədər məhsuldar keçib. Beş qolun qeydə alındığı matçda "Barselona" böyük hesabla məğlub olub.
Günün ikinci qarşılaşmasında İngiltərə çempionu "Liverpul" "Leypsiq"in qonağı olub. Koronavirusa görə, qarşılaşma Almaniyada yox, Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da oynanılıb. "Liverpul" bu oyundan inamlı qələbə ilə ayrılıb.
çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
16 fevral
"Leyptsiq" (Almaniya) – "Liverpul" (İngiltərə) - 0:2
Qol: Salah, 53. Mane, 58.
Budapeşt, "Puşkaş Arena". Baş hakim: Slavko Vinçiç (Sloveniya)
"Barselona" (İspaniya) - PSJ (Fransa) - 1:4
Qol: Messi, 27-pen - Mbappe, 32; 65; 85. Kin, 70.
Barselona, "Kamp Nou". Baş hakim: Byorn Keypers (Niderland)
Qeyd edək ki, 1/8 finalın digər iki oyunu sabah keçiriləcək. Portu Portuqaliyada İtaliya "Yuventus"unu, "Sevilya" isə İspaniyada "Almaniya"nın "Borussiya" (Dortmund) komandasını qəbul edəcək.