34 yaşlı forvard 2021-ci ildə ÇL-də ilk qolunu evdə Fransa PSJ-si ilə 1/8 final mərhələsinin ilk oyununda vurub. Kapitan 27-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Beləliklə, o, 2005-ci ildən başlayaraq, hər il rəqib komandaları məyus edib.

İspaniyanın "Barselona" klubunun hücumçusu Lionel Messi UEFA çempionlar Liqasında (çL) yeni uğura imza atıb.
 
Matc.az xəbər verir ki, argentinalı hücumçu Avropanın ən nüfuzlu klub turnirində ardıcıl 17-ci təqvim ilində fərqlənməyi bacarıb.
 
34 yaşlı forvard 2021-ci ildə çL-də ilk qolunu evdə Fransa PSJ-si ilə 1/8 final mərhələsinin ilk oyununda vurub. Kapitan 27-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Beləliklə, o, 2005-ci ildən başlayaraq, hər il rəqib komandaları məyus edib.
 
Bununla da Messi İspaniyanın "Real" və Almaniyanın "Şalke" klublarının keçmiş hücumçusu Raul Qonsalesin nailiyyətini (1995 - 2011) təkrarlayıb.
 
Qeyd edək ki, Messinin bu qolu "Barselona" üçün heç də düşərli olmayıb. Kataloniya təmsilçisi qalan dəqiqələrdə 4 qol buraxaraq meydanı 1:4 hesablı məğlubiyyətlə tərk edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest