"Dünyanın ən yaxşı oyunçularından ibarət İtaliya klubunun heyətindən danışırıq. Bu, son dərəcə güclü olduğumuzu sübut edir"

"İlk dəqiqələrdən qol vurduq. Təzyiqimiz nəticə verdi. Futbolçular istədiklərimizi əla etdi. Hər zaman çox nizamlı, yaxşı müdafiə ilə oynadıq. Futbolçular fantastik bir oyun nümayiş etdirdilər. Onları təbrik edirəm. Bu qələbənin əsl yaradıcıları onlardır". Matc.az xəbər verir ki, bu sözləri "Portu"nun baş məşqçisi Serjiu Konseysau deyib.

Portuqaliya təmsilçisi  çempionlar Liqasının 1/8 finalında evdə "Yuventus"a 2:1 hesabı ilə qalib gəlib. Görüş barədə danışan çalışdırıcı bildirib ki,  komandası  hesabı 3:0 da edə bilərdi: "Oliveyranın fərqi artırmaq imkanı var idi. Bu, bir az üzücüdür. Futbolçular buraxdığımız qola layiq deyildilər".

Konseysau "Yuventus"un təkcə 70-ci dəqiqədə təhlükəli bir zərbə vurduğunu söyləyib: "Dünyanın ən yaxşı oyunçularından ibarət İtaliya klubunun heyətindən danışırıq.  Bu, son dərəcə güclü olduğumuzu sübut edir".

46 yaşlı çalışdırıcı cavab qarşılaşması haqda da danışıb: "Portu" bu gün strateji cəhətdən əla oynadı, lakin oyunun yalnız yarısı geridə qalıb. 1/4 finala çıxmaq üçün matçın hər hissəsində gücünüzü göstərməlisiniz. Müdafiədə buraxılan qola səbəb olan 2-3 səhv etdik. Keçiriləcək daha bir görüşümüz var, hər an diqqətimizi cəmləşdirərək eyni ruhda davam etməliyik. çünki ən kiçik bir səhvdə uduzmaq riski var".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest