UEFA çempionlar Liqasının 1/16 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.
 
Matc.az xəbər verir ki, bu ada Fransanın PSJ klubunun ulduz futbolçusu Kilian Mbappe layiq görülüb.
 
23 yaşlı hücumçu İspaniyada "Barselona"ya 4:1 hesabı ilə qalib gəldikləri görüşdə het-trik edib.
 
Qeyd edək ki, çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına "Liverpul"dan (İngiltərə) Məhəmməd Salah, "Borussiya"dan (Dortmund, Almaniya) Erlinq Haland və "Portu"dan (Portuqaliya) Serjio Oliveyra da namizəd idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest