25 Fevral 2021, 11:05
ÇEMPİONLAR LİQASI
İspaniyanın "Real" klubu UEFA Çempionlar Liqasının (ÇL) 1/8 finalında İtaliyanın "Atalanta" komandasına qarşı keçirdiyi oyunla bu turnirin tarixinə düşüb
İspaniyanın "Real" klubu UEFA çempionlar Liqasının (çL) 1/8 finalında İtaliyanın "Atalanta" komandasına qarşı keçirdiyi oyunla bu turnirin tarixinə düşüb.
Matc.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Madrid klubu 1992-ci ildən etibarən yeni formatda keçirilən çL-də 100-cü oyununa çıxıb. "Real" o vaxtdan çempionların Liqasının 25 mövsümündə iştirak edib. Komanda həmin dövrdən bəri hər mövsümdə qrup mərhələsinə yüksəlib.
"Real" həmçinin yeganə klubdur ki, pley-off matçlarında 50 qələbə qazanıb.
Qeyd edək ki, "Real" "Atalanta"ya 1:0 hesabıyla qalib gəlib.
UEFA çempionlar Liqası əvvəlki formatda Avropa çempionları Kuboku adlanırdı.