10 Mart 2021, 10:46
ÇEMPİONLAR LİQASI
Bu görüşdə komandasının hər iki qolunu norveçli forvard vurub. Bununla da o, ÇL-də vurduğu qolların sayını 20-yə çatdırıb. Haland turnirin tarixində 20 qola ən tez çatan oyunçuya çevrilib. Belə ki, Erlinq bu 20 qolu cəmi 14 oyunda rəqib qapılarından keçirib.
Almaniyanın "Borussiya" (Dortmund) klubunun hücumçusu Erlinq Haland UEFA çempionlar Liqasında yeni rekordlara imza atıb.
Matc.az xəbər verir ki, o, buna turnirin 1/8 final mərhələsi çərçivəsində İspaniyanın "Sevilya" klubuna qarşı keçirdikləri cavab oyununda (2:2) nail olub.
Bu görüşdə komandasının hər iki qolunu norveçli forvard vurub. Bununla da o, çL-də vurduğu qolların sayını 20-yə çatdırıb. Haland turnirin tarixində 20 qola ən tez çatan oyunçuya çevrilib. Belə ki, Erlinq bu 20 qolu cəmi 14 oyunda rəqib qapılarından keçirib.
Əvvəlki rekordun müəlliflərindən İngiltərənin "Tottenhem" klubunun futbolçusu Harri Keyn bu göstəriciyə çatmaq üçün 24, İtaliya "Yuventus"unun sabiq oyunçusu Alessandro Del Pyero isə 26 oyun keçirmişdi.
Erlinq Haland eyni zamanda çL tarixində 20 qol vurmağa nail olan ən gənc (20 yaş 231 gün) futbolçudur.
"Borussiya"nın hücumçusu çL-də ardıcıl 4 oyunda dubl etməyə nail olan ilk futbolçuya çevrilib.
Haland, çempionlar Liqasında ardıcıl 6 matçda qol vurmağı bacaran əg gənc oyunçu olub.