"Bizim üçün yaxşı oyun idi, rəqib üçün isə əla. Çünki onlar finaldadırlar. Final qarşılaşmasında olmaq istəyirdik, bu, bizim ambisiyamız idi. Amma indi çempionata köklənmişik"

"Qalib gəlmək fürsətimiz var idi. Amma rəqib öz vəzifəsini yaxşı yerinə yetirdi". Matc.az xəbər verir ki, bunu  "Qarabağ"ın futbolçusu Kevin Medina "Zirə" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXV tur oyunu barədə danışarkən deyib.
 
28 yaşlı müdafiəçi bu nəticənin futbolçulara pis təsir etməyəcəyini bildirib: "Həqiqətən yaxşı oynayırıq və daha yaxşı olacağımıza inanırıq. çempionatın ilk turundan özümüzə güvənirik. Doğrudur, hazırda hər şey daha gərgindir. Biz Premyer Liqanı istədiyimiz kimi başa vuracağımıza inanırıq".
 
Kolumbiyalı oyunçu "çempionun taleyinə hansı turda aydınlıq gələcək" sualına belə cavab verib: "Son 3 oyunda hər şey ola bilər. Düşünürəm ki, "Neftçi" ilə matç həlledici olacaq".
 
Medina "Sumqayıt"a uduzduqları Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşünə də toxunub: "Bizim üçün yaxşı oyun idi, rəqib üçün isə əla. çünki onlar finaldadırlar. Final qarşılaşmasında olmaq istəyirdik, bu, bizim ambisiyamız idi. Amma indi çempionata köklənmişik".
 
Müdafiəçi penaltilər seriyasında fərqlənə bilməməsindən məyusluğunu da dilə gətirib: "Norveç "Molde"sinə qarşı çempionlar Liqasının III təsnifat mərhələsinin oyununda penaltini dəqiq yerinə yetirmişdim. Bu dəfə də qol vuracağımdan əmin idim. Amma alınmadı. Buna görə məyusam. Futbolda belə hallar olur". report.az

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest