19 May 2021, 21:44
MPL
"Keşlə"nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib.
"Keşlə"nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib.
Matc.az xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
"çox gərgin çempionat alındı. Sonuncu pilləni tərk etmək istəyirdik. Futbolçularımız meydanda əziyyət çəkdilər və qələbə qazandılar. İlk olaraq, onları təbrik etmək istəyirəm. Məqsədimiz Azərbaycan Kubokunun final matçına yaxşı əhval-ruhiyyədə yollanmaq idi və buna nail olduq. Rəqib komandaya növbəti mövsümdə uğurlar arzu edirəm".