Futbol üzrə Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk turu bir sıra statistik məqamlarla yaddaqalan oldu. Matc.az həmin məqamlardan bəzisi ilə sizi tanış edir:

Futbol üzrə Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk turu bir sıra statistik məqamlarla yaddaqalan oldu. Matc.az həmin məqamlardan bəzisi ilə sizi tanış edir:
 
Azərbaycan Premyer Liqası
1-ci tur
 
"Sabah" – "Səbail" 0:1
 
30-cu dəqiqədə Yurgen Qoxanın vurduğu qol, XXX Premyer Liqanın ilk qolu olub. Elvin Camalov Premyer liqada 150-ci oyununu keçirib. ürfan Abbasov 224-cü oyununu keçirməklə "çampionatın 100 ən çox oyun keçirən futbolçusu" siyahısına adını daxil etdirib. 
 
"Keşlə" – "Sumqayıt" 0:2
"Neftçi" – "Qəbələ" 2:2
"Zirə" – "Qarabağ" 1:1
 
İlk turda meydana 109 futbolçu çıxıb. Onlardan 20 futbolçu ilk dəfə Azərbaycan Premyer Liqasında çıxış edib. 
 
"çempionatın 100 ən çox oyun keçirən futbolçusu" siyahısında 1-ci tur meydana çıxan futbolçular:
 
2.(2).Rahid Əmirquliyev ("Səbail") 418 (2003-2021)
10.(10).Elvin Məmmədov ("Sumqayıt") 337 (2003-2021)
32.(33).Rauf Əliyev ("Səbail") 287 (2006-2021)
51.(51).Əfran İsmayılov ("Səbail") 268 (2006-2021)
68.(71).Slavik Alxasov ("Sabah") 248 (2011-2021)
95 (95).Kamran Ağayev ("Səbail") 230 (2003-2021)
102.(-).ürfan Abbasov ("Səbail") 224 (2011-2021)
 
Slavik Alxasov daha çox – 3 pillə irəliləyərək, Nizami Sadıqov (247), Bəxtiyar Musayev (247) və Alim Qurbanovu (247) önə keçməyi bacarıb.
 
"Ən az qol buraxan 100 qapıçı" siyahısında öz qapısını toxunulmaz saxlayan Kamran Ağayev mövqeyini bir qədər də yaxılaşdırıb.
 
7.(7).Kamran Ağayev ("Keşlə") 94 (2003-2021)
 
"çempionatın ən çox qol vuran 100 futbolçusu" siyahısında isə fərqlənən olmayıb.
 
Əvəzolunmadan ardıcıl oyunlar seriyasına Turan Manafov başçılıq edir:
 
1.Turan Manafov ("Səbail") 26
1.Mehdi Cənnətov ("Zirə") 16
2.Voyislav Stankoviç ("Neftçi") 13
3. Şəhriyar Əliyev ("Keşlə") 10
 
Hazırladı: Rasim Əliyev

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest